Qubada silsilə oğurluqlar edən şəxslər saxlanılıblar

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Polise.az-a verilən məlumata görə, Quba Rayon Polis
Şöbəsinə daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı rayon ərazisində
fərqli yerlərdən oğurluq etməkdə şübhəli bilinən Elşad Güliyev və Elşən Hacıyev saxlanılıblar.

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər qabaqcadan əlbir olaraq rayon ərazisində olan
kafe, bağ, eləcə də evlərdən müxtəlif əşyalar və ərzaq məhsulları oğurlamaqda zərərçəkmişlərə
ümumilikdə 7905 manat ziyan vurublar.

Faktlarla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs
qətimkan tədbiri seçilib.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button