Kremldə Putin və Si Cinpin arasında görüş keçirildi

Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Çin Prezidenti Si Cinpin arasında keçirilən danışıqlar təxminən üç saatdan sonra başa çatıb.

Polise.az  xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat yayıb.

Məlumata əsasən, əvvəlcə nümayəndə heyətləri üzvlərinin iştirakı ilə məhdud tərkibdə 1,5 saatdan çox davam edən görüş daha sonra geniş tərkibdə davam etdirilib.

Danışıqlar Böyük Kreml sarayında keçirilib. Daha sonra birgə sənədlərin imzalanması və liderlərin yekun bəyanatları gözlənilir.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button