Budapeştdə türk xalqlarının gəncləri bir araya gəliblər

Macarıstanın paytaxtı Budapeştdə Novruz bayramına həsr olunmuş “Yeni Gün” adlı şənlik keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Polisə.az -a bildirilib ki, tədbir Macarıstan Azərbaycan Evi, Azərbaycanın Macarıstandakı səfirliyi, Azərbaycanın Gənclər Fondu, “Silk Way” Tələbə Fondu və “Barsz” Macarıstan-Qazaxıstan Fondunun dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) və Gənclərin İnteqrasiya və İnkişaf Assosiasiyasının (AYID) təşkilatçılığı ilə baş tutub.

Tədbir iştirakçılarını salamlayan Macarıstan Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli və digər qonaqlar türk xalqlarını Novruz bayramı münasibətilə təbrik ediblər. Azərbaycanlı gənclərin ortaq türk tarixinin, mədəniyyətinin, adət-ənənələrinin və milli dəyərlərinin təbliğində mühüm roluna diqqət cəlb edilib.

Sonra Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Macarıstan, tatar və çuvaş icmalarının yeniyetmə və gənclərdən ibarət yaradıcılıq kollektivlərinin bayram şənliyi konsert proqramı ilə davam edib. Qonaqlar yumurta döyüşdürməsi kimi əyləncəli oyuna böyük həvəslə qatılıblar.

Sonra AVİD idarə heyətinin üzvü Nazim Musabəylinin müəllifi olduğu “Novruz” tamaşası nümayiş etdirilib.

Tədbirin sonunda gənclər türk xalqları mətbəxinin ləziz təamlarına qonaq edilib.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button