Bu gün NATO ölkələrinin xarici işlər nazirləri Brüsseldə bir araya gələcəklər

NATO-ya üzv ölkələrin xarici işlər nazirləri bu gün alyansın Brüsseldəki mənzil-qərargahında bir araya gələrək, müxtəlif məsələləri, xüsusən də Ukraynandakı vəziyyəti müzakirə edəcəklər.

Polise.az  xəbər verir ki, toplantıdan əvvəl Finlandiyanın alyansın 31-ci üzvü kimi iştirakı mərasimi keçiriləcək.

Mərasimdə Finlandiya Prezidenti Sauli Niinistö də iştirak edəcək və Finlandiya bayrağı NATO-nun mənzil-qərargahına qaldırılacaq.

Nazirlərin iki günlük görüşünün ilk günündə NATO-Ukrayna Komissiyasının iclası olacaq. Ukraynanın xarici işlər naziri Dmitro Kulebanın iştirakı ilə keçiriləcək görüşə İsveç də qatılacaq.

Nazirlər Ukraynadan başqa, Alyansın cənubundakı qeyri-sabitlik, terrorizmlə mübarizə və İran, Rusiya və Çinin artan təsirləri kimi problemləri də müzakirə edəcəklər.

İclasın ikinci günündə nazirlər NATO-nun Hind-Sakit okean regionunda tərəfdaşları olan Avstraliya, Yaponiya, Yeni Zelandiya və Cənubi Koreyadan olan həmkarları ilə görüşəcəklər. İclasın bu hissəsində Avropa İttifaqının (Aİ) nümayəndəsi də iştirak edəcək.

NATO Xarici İşlər Nazirləri Toplantısında kibermüdafiə, yeni texnologiyalar və dezinformasiya ilə mübarizə kimi məsələlər də müzakirə olunacaq, Çinin Rusiya ilə getdikcə daha da yaxınlaşması və Rusiyaya mümkün silah dəstəyi müzakirə olunacaq.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button