Ukrayna “Su-27” və “Miq-29”dan ibarət 5 qırıcı briqadası yaradıb
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri hazırda “Su-27” və “Miq-29” qırıcılarından ibarət beş briqadaya malikdir.
Polise.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnatın telemarafonun efirində məlumat verib.
“Döyüş təyyarələrinin Ukrayna verilməsi tarixi addımdır. Bu gün belə təyyarələrdən ibarət beş qırıcı briqadamız var: iki “SU-27” və üç “MİQ-29” briqadası, deyə İqnat bildirib.
Onun sözlərinə görə, bu tip silahların ötürülməsi istiqamətində atılan ilk addım digər ölkələr üçün bir işarədir.
“Növbəti addım kimi müasir qabaqcıl aviasiya platformalarının göndərilməsi olacaq”, – deyə spiker vurğulayıb.