İnam Kərimovun əmək fəaliyyəti 

Hazırda kənd təsərrüfatı naziri vəzifəsində çalışan İnam Kərimov aprelin 4-də Milli Məclisin  plenar iclasında Ali Məhkəməyə hakim və sədr təyinatı məsələsini müzakirə edərək, müvafiq qərar verəcək.

“Polise.Az” xəbər verir ki, İnam Kərimov 6 iyun 1977-ci ildə Bakı şəhərində anadan olub. 1984-1994-cü ildə S.C.Pişəvəri adına Bakı şəhərində Humanitar fənlər Gimnaziyasında təhsil alıb.

1994-1995-cü ildə ABŞ-ın İndiana ştatında “Richmond High School”da təhsilini davam etdirib.

1995-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə qəbul olunub.

1998-2000-ci ildə Fransanın Strasburq Universitetində Hüquq üzrə bakalavr təhsili alıb.

2000-2002-ci ildə Sorbonna Universitetində hüquq üzrə magistr təhsili alıb.

2013-cü ildə Sorbonna Universitetində hüquq üzrə doktor (docteur en droit) elmi dərəcəsi
alıb.

Əmək fəaliyyətinə gəldikdə Kərimov  2004-2012 Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Hüquq mühafizə orqanları ilə iş şöbəsində referent, böyük məsləhətçi və baş məsləhətçi vəzifələrində çalışıb.

2005-2012-ci illərdə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi olub.

2005-2012-ci illərdə Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda (GRECO) Azərbaycan Respublikasının nümayəndə heyətinə rəhbərlik edib.

2012-ci ildə Azərbaycan Respublikasının Prezidentinin 7 sentyabr 2012-ci il tarixli
sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilib.

2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamı ilə kənd təsərrüfatı naziri təyin olunub və hazırda da həmin vəzifədə çalışır.

O eyni zamanda Azərbaycan Ağır Atletika Federasiyasının prezidentidir.

İnam Kərimov ingilis, fransız, fars və rus dillərini bilir. Evlidir, iki övladı var.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button