DİN: Ötən sutka 2,7 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb
Polis əməkdaşlarının aprelin 5-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 2,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə Polise.z –a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1,6 kiloqrama yaxın heroin, 1,1 kiloqramdan çox marixuana, 40 qram tiryək olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.