Blinken Moskva və Kiyev arasında atəşkəs danışıqlarının mümkünlüyünü istisna edib
ABŞ dövlət katibi Antoni Blinken hazırda Rusiya ilə Ukrayna arasında atəşkəs danışıqlarının mümkünlüyünü istisna edib.
Polise.az TASS agentliyinə istinadla xəbər verir ki, dövlət katibi bu barədə “Funke” media qrupuna müsahibəsində bildirib.
Blinken Moskva ilə Kiyev arasında sülh danışıqlarının mümkünlüyü barədə sualı cavablandırarkən deyib: “Rusiya konstruktiv danışıqlara getməyə hazır olduğu nöqtəyə çatmalıdır”. Onun sözlərinə görə, Rusiya belə bir razılaşmanın bağlanmasından sonra “qoşunlarını yenidən toplayıb yenidən hücuma keçə” bilər.