Eşq olmasaydı dünya donub qalardı (Ramazan ayının düşüncələri)

Ictimai maraq doğuracaq publisistik yazılarla müxtəlif sahələri əhatə etmək
həmişə mümkün olmur.Hüquq sahələrinə aid olan analitik yazılar isə daha çox
diqqətimi çəkır.Görünür ixtisasca hüquqşünas olmağımın rolu burada böyükdür
Həyatın mənası Yaradanın esqilə təbiətin təcəllası,vücuda gəlməsi Onun hikmət və
qüdrət nişanələrindəndir.Dünya ,gördüyümüz və duyduğumuz hər şey,eşitdiyimiz
nə varsa Allahın sevgisindən qaynaqlanıb.”Ol”- deməklə, hər şey Allahın eşqinə
uyğun vəcdə gəlib.Bu mənada Xaliqə olan və Ondan gələn sevgi ilk öncə insanın
valideynlərinə və doğmalarına ,müəllimlərinə,ətrafına və təbiətə aşılanmaqla
təzahür edir.
”Könlün varsa,o səni könül əhlinin səmtinə çəkər”,- deyirlər.İnsana anatomik
cəhətlərinə və xarici görünüşünə görə insan deyilərsə onda,Hz.Məhəmmədlə ona
həqarət edən Əbu Cəhl bir olardı. Zahirpərəstlər məna əldə etməyə çalışarlar.
Çünki məna surətdə olur. Onu anlamamaq şeytanla dostluq etməkdir.
Yaxşılar o dünyaya köç edəndə onlardan yaxşı şeylər qalar, pislərdən isə zülm və
lənətlər…
Sufi rəvayətlərin birində deyilir:Ey aşiq! Biləsən, aşiqlərin həyatı
ölümdədir,ölümdən həmişə qorxub,vahimələniblər. Könlü, könül vermədən
başqa bir surətdə görmək mümkünsüzdür. Biləndə ki, o hamı üçün var, hamı o
şərbəti dadacaq, onda narahatlığa əsas varmı?
Tövbənin qiyamət gününə qədər bir qapısı günəş batandan doğuncaya qədər açıq
qalır.Amandır,yubanmayaq ,o qapıya tələsək,ondan üz çevirməyək.
Dünya bina olandan cənnətin Allah rəhmətində səkkiz qapısı olub. O səkkiz
qapıdan biri də tövbə qapısıdır.Tövbə qapısından cənnətə bir qapı açılır. O
qapıların açılan və bağlanan vaxtı olsa da , tövbə qapısının bağlanan vaxtı olmur.
Bu mənada,tövbəsiz bir ömür yaşamaq ,başdan-başa şirin canınla çəkişməkdir.
Ölümün isə gecikən vaxtı olmur, qəfil gəlir. Hz. Əzrayıl (ə.s.) həmişə əmrə
müntəzirdir.
Sevgisiz ömür gəldi- gedərdi. Ömür bir ağaca bənzəyirsə, onun pöhrələnib,
budaqlanan və saralıb-solan vaxtı da var. Yubanmayıb tövbə suyu ilə o ağacı
sulasaq,hesab günü hesabatımızı verməkdə əziyyət çəkmərik.

Rumi deyir: Tövbə əcayib bir atdır, aşağı aləmdən,ta yuxarı aləmə bir anda
sıçrayıb çıxa bilir.
Hz.Adəm də bir zaman günah işlətdi və dərhal da əllərini uca Tanrının dərgahına
açıb Ondan əff dilədi, əfv də olundu.Çünki Haqqın qapısı Rəhmət və Kərəmlə dop-
doludur…
Nəfsin sənə şəkər verirsə sən onu zəhər bil, lütf edərsə, onu qəhər bil. Nəfs
cəhənnəmdir,cəhənnəm!Onun atəşi o qədər yüksəkdir ki, dənizlərlə də sönməz.
Nəfsin mədəsi olmur ki, nə qədər “yesə də” iştahası dayanmaz, “yenə varmı və ya
daha yoxmu ?”,- deyib hayqırar. Nəfsimiz də cəhənnəmin bir qapısıdır. Yayını çəkə
bilməsək,onun yedəyində gedərik… Vücudumuzda nəfsi öldürə və ya onu həbs
edə bilsək ,Rəbbimiz günəşi və Ayı da ,hətta buludları da, əmrimizə tabe edə bilər.
Qorxu Haqqın sifəti və ismi sayılmaz.Sevgi və məhəbbət isə Allahın Kərəmidir.
Quranı Kərimdə “ onlar Allahı sevərlər”, sözündən sonra “ Allah da onları
sevər,”- sözü gəlir.
Allahın yaratdığı “canlı sənət əsərlərini” görməsəydik, nə göy üzü ağlar (yağmur
olmazdı), nə də yer üzü gülər (günəş şəfəq saçıb təbiət gül- çiçəyə bürünməzdi)və
bu əsrarəngli aləmin şahidi olmazdıq.
“Aslanın ovuna çıxmaq hər kişinin işi deyil”,-söyləmiş sufilər.Nəfsimiz də
yeddibaşlı aslana bənzər, ona qalib çıxana,onunla savaşana Tanrı yardım edər.
Yazırlar ki,Adəm Peyğəmbər nəfsə sarı bir addım atan kimi cənnətin baş
köşkündən ayrılıb başqa aləmə endi.Mələklər şeytandan qaçan kimi, Adəmdən
uzaqlaşmağa başladılar. Bir buğda dənəsinə görə nə qədər yalvarışlar oldu ,göz
yaşı töküldü…
Züleyxa Hz.Yusifin eşqindən sızlayıb ağladıqca ,mələklər də bu sevgi ağrısından
onu azad etmək üçün Allahı həmd-səna ilə andılar. Misir səhrasında Züleyxa
eşqinin gül- çiçək açmasına yağmur istədilər ki,bu sevgini bir kimsə qınamasın…
Züleyxa ağladıqca, ağladı… Rəvayət edirlər ki, bu sevgidən göydəki buludlar da
sevgi yağışı tökdü, ilahi bir hikmət qarşısında hamı duruxmuşdu… “Ah
Züleyxa,Züleyxa deyib özlərinə zülm etdilər!
Rəbbimiz belə buyurub: “ Aləmi yaratmaqda məqsədim bəndlərimə sevgi ehsan
etməkdir.Yaratdım ki, Məndən bir fayda olsun, sevgimi anlasınlar, görsünlər!

Barmaqlarını ehsan etdiyim bala batıranda nemətimin dadına və qüdrətimin
nişanələrinə şübhələri qalmasın…”
Zənginliyi dəfinədən, xəzinədən, maldan-mülkdən deyil,Allahdan diləyək,
yardımı da heç kimdən yox, ancaq Ondan istəyək,- deyir Cəlaləddin Rumi.
Yoxsulluqdan çox qorxur, xiffət edirik. Amma onu yaradandan qorxsaydıq
Rəbbimizin yer üzündə bizə bəxş etdiyi dəfinələri də aşkar görərdik. Deyirlər ki,
Allahın ucalığı yoxsulluğundadır.Yoxsulluq Ona xas comərdliyinin aynasıdır.
Peyğəmbərimizin Meracda, ən uca üfüqdə -Sidrətül Müntəhada olmasının əsas
məqsədi dostunu görməkiydi. Dost bu fürsətdə Ərşı Əlanı da, mələkləri də gördü…
Müzakirə olunmaz Möcüzə! Yerə,göyə hətta, ərşə sığmayan Rəbbimiz, amma
hikmətə baxın ki, ona inanan bəndəsinin kiçik qəlbinə sığdı!
Rumi deyir ki, eşq vəfakar olduğu üçün,vəfakarı da satın alır, vəfasıza baxmaz. Eşq
nazla əda ilə əldə edilir. Eşq çox qanadlı mələklər ordusunun gücü qədər
güclüdür.O dənizi bir göz qırpımında qaynada, dağı qum dənəciyinə döndərə, göy
üzünü kitab kimi qatlayıb, yer üzünü titrədə bilir. Rəbb kəlamlarında deyildiyi kimi,
“Təmiz eşq Məhəmmədlə (s.ə.s) də getdi”…
Allah eşq üzündən Rəsuluna;- “ Sən olmasaydın…”- demişdi. Ən gözəl və saf eşq
Allaha olan eşqdir. Ona olan eşq könül iniltisindən bəlli olur. O iniltidən xoş bir “
dərd” yoxdur. Xoş belələrinin halına…
Comərdlik insana xas olduğu kimi,can vermək də aşiqin “vergisidir, can vergisi.”
Aşiqlərin ağzından eşq qoxusu , müşkü ənbər ətrinin iyi gələr,- deyirlər. Xoş
belələrinin də halına.
Allahdan başqasına aşiq olmaq keçici bir həvəsdir və müvəqqətidir. Ata və anaya ,
övlada… olan sevgi Ondan gəlməlidir ki, müqəddəsləşsin!
Peyğəmbərimiz (s.ə.s) buyurub: “ Bir- birinizi sevmədikcə iman etmiş olmazsınız.
Məni hər şeydən ziyadə sevməsəniz imanınız kamala yetməz,kamil olmaz.
Züleyxa Yusifə “nə qədər gözəl gözlərin var”- demişdi. Hz. Yusif ona; “bu gözlər
məhşərdə Aləmlərin Rəbbinə baxıb tamaşa edəcək,”- demişdi.
Rumi deyib ki, Aşiq ilə şair-ozan eyni deyildir. Ozan xalqdan aldığını xalqa
çatdırır. Aşiq isə Haqqdan aldığını xalqa çatdırır. Nə gözəl! Sonrası da var :
Məhşərdə namazla və oruc tərəziyə qoyular. Fəqət,eşq tərəziyə gətirilən zaman
o mizana sığmaz! Allah, Allah! İnsanın Allaha və bəndəsinə olan sevgisi çəkisinə

görə namazla orucdan ağır gəlir,ölçüyə və tərəziyə sığmır.Bu dəm ,Oruc və
namaz abrına qısılıb kənara çəkilər,yolu sevgiyə boşaldar. Hikmətinə Şükür,Ya
Rəbbim!
İndi də Fizulu eşqinin isbatına diqqət edək:
Aşiq odur ki, qılar canın fəda cananına
Meyli canan etməsin hər kim ki, qıymaz canına.
Canını, canana verməkdir kəmali aşiqin
Vermədən can, etiraf etmək gərək nöqsanına…
Füzuli Həzrətlərinin bu etirafı üstündə bir söz söyləmək qəbahət olar.
“Güzgünün nəfsi və həsədi olsaydı tamahkarlar təki münafik olar, hər şeyi olduğu
kimi göstərməzdi”
Tərəzinin də çəkdiyi mala əsla tamahı olmaz, olsaydı xoşladıqlarını çəkiyə
salmazdı.
Şəmsəddin Mənsuroğlu

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button