Salyanda maarifləndirmə tədbiri keçirilib

Salyan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Qarabağlı kənd 1
saylı tam orta məktəbində “Narkomaniyaya yox deyək”, “Erkən və Qohumlar
arasında nikahların mənfi nəticələri” mövzularında maarifləndirici görüş keçirilib.
Görüşdə polis şöbəsinin əməkdaşları, məktəbin pedaqoji heyəti və yuxarı
sinif şagirdləri iştirak ediblər.
Tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Nəzər Əsgərov
məktəblilərə narkotik vasitələrin zərərlərindən danışıb. Şöbə rəisi bildirib ki, “ağ
ölümün” qurbanına çevrilənlərin sağlam həyata qayıtması çox çətindir. Bu cür
halların qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən zəruri bütün
tədbirlər görülür və gəncləri bu maddələrin qurbanına çevrilməsində əsas rolu
oynayan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunurlar.
Daha sonra digər mövzu ətrafında çıxış edən tədbir iştirakçıları məktəblilərə
dəyərli tövsiyələr verərək onları maraqlandıran sualları cavablandırıblar.
Tədbirin sonunda narkotiklərin fəsadlarından bəhs edən film nümayiş
etdirilib.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button