Lənkərandan Şəmkirə odlu satmağa gələn keçmiş məhkum saxlanılıb

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Polise.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində odlu silahı
600 manata satmaq istəyən Bakı şəhər sakini Emil Dadaşov saxlanılıb. Polis şöbəsində şübhəli şəxsin üzərinə baxış keçirilən zaman 1 ədəd qundağı və lüləsi kəsilmiş ov tüfəngi, 5 ədəd həmin tüfəngə məxsus patron və narkotik maddə olan“metamfetamin” aşkar edilərək götürülüb. Dindirilmə zamanı saxlanılan şəxs silahın vəfat etmiş babasından qalmasını, uzun müddət Lənkəran rayonundakı
qəbirstanlıqda babasının məzarında gizlətdiyini və Şəmkir rayonuna satmaq məqsədi ilə gətirdiyini etiraf edib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button