Avropa insan hüquqlarına “belə” yanaşır…

Almaniya hakimiyyəti səfərbərlikdən qaçan Rusiya vətəndaşlarının 55 sığınacaq ərizəsini təsdiqləyib, 88 belə müraciət rədd edilib, 1500-dən çoxuna isə baxılır.

“Polise.az” xəbər verir ki, bu barədə Almaniya Daxili İşlər Nazirliyindən yerli KİV-ə verilən məlumatda bildirilir.

Ümumilikdə, Rusiyanın Ukraynaya təcavüzünün ilk günlərindən başlayaraq 2023-cü ilin aprelin sonuna qədər 2485 Rusiya vətəndaşı müharibəyə getmək qorxusundan ölkəni tərk edərək Almaniyaya sığınacaq üçün müraciət edib. Aprelin sonunda 814 müraciətlə bağlı qərarlar qəbul edilib. Almaniyanın hakimiyyət orqanları 671 rusiyalıya məlumat veriblər ki, onların müraciətləri Avropa İttifaqına ilk daxil olan ölkələr tərəfindən nəzərdən keçirilməlidir.

Ötən ilin sentyabrında Rusiyada səfərbərlik elan edildikdən sonra bir sıra alman nazirlər Almaniyanın səfərbərlikdən yayınan Rusiya vətəndaşlarına müvəqqəti sığınacaq veriləcəyini açıqlamışdı.

“Ciddi repressiya riski ilə üzləşən şəxslər Almaniyada beynəlxalq müdafiə ala bilər”, – Daxili İşlər Naziri Nensi Feather deyib.

Çexiya, Estoniya və Latviya kimi Aİ ölkələri hərbi xidmətdən yayınanların mühafizəsinin təmin edilməsinə qarşı çıxıblar. Çexiyanın xarici işlər naziri Yan Lipavski bildirib ki, dövlətin qanuni tələblərini yerinə yetirməkdən imtina etmək humanitar vizanın verilməsi şərtlərinə cavab vermir.

Estoniyanın Baş naziri Kay Kallasın sözlərinə görə, ölkə rus kişilərinə sığınacaq verməyəcək, çünki onlar Rusiyada müharibəyə qarşı olduqlarını bəyan etməlidirlər. Latviyanın xarici işlər naziri Edqar Rinkeviç də bildirib ki, ölkəsi təhlükəsizlik baxımından qaçanlara viza verməyəcək.

“Polise.az”

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button