Qaradağ rayonunda qohumlar arasında silahlı insident olub

Mayın 24-də saat 18 radələrində paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsində qohumlar arasında şəxsi münasibətlər zəminində silahlı mübahisə olub.

Bu barədə  Polise.az -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 1967-ci il təvəllüdlü Əlməhəmməd Orucovu ov tüfəngindən atəş açmaqla xəsarət yetirməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Rəşad Cəfərov polisin əməkdaşlarının keçirdiyi tədbirlərlə müəyyən olunaraq saxlanılıb. Ondan özünə məxsus cinayət aləti olan ov tüfəngi aşkar olunaraq götürülüb.

Əlməhəmməd Orucov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button