“Ev bizim,sirr bizim.”

“Ev bizim,sirr bizim.”

Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-cü il üçün kiçik qrant müsabiqəsinin nəticəsi artıq elan olunub.

Müsabiqədə insan hüquq və azadlıqları,ictimai vəkillik,demokratiya və hüquq,insan alverinə qarşı mübarizə üzrə 53 QHT layihələrinin maliyyələşməsi qeyd edilib.

Məlumat üçün:Agentlik 19 aprel 2021-ci ildə publik hüquqi şəxs kimi yaradılıb.Etiraf etmək lazımdır ki,Agentliyin yeni rəhbərliyi təşkilatçılığı və bacarığı,layihələrin qiymətləndirilməsiişində təcrübəsi, dövlətin daxili və xarici siyasətilə bir araya sığan fəaliyyət istiqamətlərinin çevik həyata keçirilməsində yüksək peşəkarlıq qabiliyyətinin nümayiş etdirə bilməsi çox şeydən xəbər verir.

Bu missiyada çoxlu sayda QHT rəhbərləri-mən də daxil olmaqla iştirak etmişik.

Və qeyd etdiklərimi görməmək,bu sahədə vətəndaş məmnunluğunu hiss etməmək zənnimcə qəbahət sayılardı.

Mən, sevinirəm ki,Agentliyin rəhbərliyi tərəfindən işini müasir Azərbaycan dövlətinin daxili və xarici funksiyalarının mahiyyətinə xas qurduğu layihələrin iştirakçısıyam.

QHT-lər vasitəsilə dövlət hakimiyyəti institutlarının fəaliyyətinə nəzarət həyata keçirilir,qanunların pozulması hallarının və bəzən də həssas qruplar tərəfindən törədiləcək hüquqpozmaların qarşısını almağa tədbirlər görülür,müxtəlif sosial qrupların,müharibə veteranlarının maraqlarına səmərəli təsir edəcək layihələr maliyyələşir,onların hüquqları müdafiə edilir və s.

Məni narahat edən başqa bir məsələ də var.İki il ərzində vətəndaş cəmiyyətinin inkişafında uğurlu islahatlar aparan Prezident Administrasiyasının şöbə müdiri Vüsal Quliyev haqqında səhih mənbələrə söykənməyən,böhtan xarakterli məlumatlar bilə-bilə dilə gətirilir və yalan informasiya kimi yayılır. Həmkarlarımız Prezident Administrasiyası qarşısında aksiyaya başlayır.Təbii,bu,hər birimizin Konstitusiyamızda ehtiva edilən hüquqlarımızdandır.Amma bir zərb məsəl də var:”Ev bizim ,sirr bizim”…

İş olan yerdə nöqsan da olur.

Allah xatirinə əgər o “çatışmazlıqlar” varsa belə, bir masa ətrafında cəm olub,onu bir yerdə də aradan qaldırmağa yollar tapmalıyıq.Yenə,

“Ev bizim,sirr bizim”,-ataların müdrik kəlamına əməl etməklə.

Kölgəsinə sığındığımız ağacı baltalamaqla ,xeyir və uğur əldə edə bilmərik.

Şef redaktordan

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button