Nato yeni üzvlərini qəbul etməyə hazırlaşır
NATO yeni üzvləri qəbul etmək üçün mənzil-qərargahını genişləndirməyi planlaşdırır. Polise.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Euractiv” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, NATO alyansa yeni qəbul olunmuş Finlandiyanın missiyası üçün yer tapmağa çalışdığından Brüsseldə əlavə bina tikməyi düşünür.
NATO-dan qeyd edilib ki, Finlandiya nümayəndə heyətinin NATO-nun mənzil-qərargahına köçməsi prosesi yaxın həftələrdə və aylarda tamamlanacaq.