RUSİYA SƏFİRİ GETDİ…

Ukraynaya qarşı işğalçılıq müharibəsi təkcə Rusiya cəmiyyətinin, siyasi elitasının, ordusunun yox, diplomatiyasının da hansı bərbad, acınacaqlı durumda olduğunu ortaya qoydu. Buna görə hazırda Rusiya XİN başçısı Sergey Lavrov dünyada ən hörmətsiz, qeyri-adekvat, sözünün çəkisi olmayan diplomatlardan biri sayılır. Bu “statusu” çoxdan haqq etmiş Rusiya XİN başçısı Ukrayna müharibəsinin başlamasından sonra öz layiqli yerini daha sürətlə almağa başladı…

Rusiya diplomatiyasının Azərbaycandakı baş təmsilçisi – səfir Mixail Boçarnikov ölkəmizdəki fəaliyyətini başa vurub. Bu gün Azərbaycan XİN başçısının qəbul etdiyi səfir vəzifəsilə vidalaşıb və yola salınıb.

Boçarnikov 2018-ci ilin maya ayından Rusiyanın Azərbaycandakı səfiri olub. Buna qədər Yunanıstanda və Qazaxıstanda səfir, 2003-2006-cı illərdə isə Rusiya XİN-in gürcü-abxaz münaqişəsi üzrə xüsusi nümayəndəsi vəzifəsini daşıyıb.

Azərbaycandakı fəaliyyətinə gəlincə, Boçarnikov Rusiya diplomatiyasının, həmçinin özünün mahiyyətini son bir ildə daha qabarıq şəkildə büruzə verdi. Bəzi epizodlarda özünü az qala Rusiyanın Azərbaycandakı qubernatoru, canişini kimi hiss edən səfir heç də statusuna uyğun olmayan açıqlama və davranışlara yol verdi.

Onun Azərbaycana “dost” münasibətini göstərən faktlardan biri bu ilin əvvəlində İrandakı Azərbaycan səfirliyinə terror hücumu baş verəndən sonrakı dövrə təsadüf etdi. Həmin vaxt Azərbaycan İrandakı səfirini bu ölkədən çıxardı, səfirliyin fəaliyyəti dayandırıldı.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button