Mingəçevirdə narkomaniyaya qarşı maarifləndirmə tədbiri keçirilib

Mingəçevir şəhər 12 nömrəli tam orta məktəbdə narkomaniyaya qarşı maarifləndirmə tədbiri keçirilib.

Bu barədə  Polise.az –a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Mingəçevir Şəhər Polis Şöbəsinin təşəbbüsü ilə keçirilən tədbirdə şagirdlərə dövrümüzün ən aktual problemlərindən biri olan narkomaniyanın fəsadlarından danışılıb. Polis Şöbəsinin rəisi Ədalət Əliyev çıxışında ölkəmizdə narkomaniyaya qarşı mübarizə sahəsində görülən işlərdən, bu bəladan qorunma yolları, narkomaniyanın insan sağlamlığına vurduğu zərərlər barədə məktəblilərə ətraflı məlumat verib.

Sonra “ağ ölüm” ün fəsadlarını əks etdirən videoçarx nümayiş etdirilib və şagirdlərin sualları cavablandırılıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button