Deputatları Mərakeşdə keçiriləcək beynəlxalq konfransda iştirak edəcəklər
Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev, deputatlar Ceyhun Məmmədov, Mahir Abbaszadə iyunun 12-də Mərakeş Krallığının Mərakeş şəhərinə səfər edəcəklər.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Polise.az -a bildirilib ki, deputatlar BMT-nin Sivilizasiyalar Alyansının və Məhəmmədiyyə Din Alimləri Liqasının dəstəyi ilə Mərakeş parlamenti və Parlamentlərarası İttifaq tərəfindən “Ortaq gələcəyimiz naminə birgə iş” mövzusunda konfransda iştirak edəcəklər.
Konfransda qanunun aliliyi, dinlərarası dialoq vasitəsilə regional və qlobal sülhün təşviqi, parlamentarilər və dini icmalar arasında əməkdaşlıq, dövlətçiliyin qorunması, etiqad azadlığı və bir sıra digər məsələlərin müzakirəsi keçiriləcək.
Səfər iyunun 16-da başa çatacaq.
Polise.az