Ukraynanın əks-hücumları genişlənir…

Ukraynanın əks-hücumları getdikcə güclənir, lakin ruslar sərt müqavimət göstərirlər.

“Polise.az ” xəbər verir ki, bu barədə ABŞ-ın “The Politico” nəşri məlumat yayıb.

“Politico”nun məlumatına görə, Ukrayna mexanikləşdirilmiş briqadaları Baxmut və Zaporojye istiqamətlərində hücumlarını ikiqat artırıb.

Nəşr qeyd edir ki, ukraynalılar Baxmut ətrafında 1600 metrə qədər irəliləyə biliblər. Bunu Rusiya Müdafiə Nazirliyi ilə əlaqəli rus hərbi müxbirləri də etiraf ediblər.

Eyni zamanda, Vaşinqtonun analitik mərkəzi geolokasiya görüntülərinə istinad edərək, Ukrayna qüvvələrinin Orexovdan təxminən 15 kilometr cənub-şərqdə yerləşən Rabotin və Verbov məntəqələri arasındakı birinci müdafiə xəttini yardığını bildirib.

“Politico” həmçinin qeyd edir ki, ruslar Zaporojye istiqamətində müdafiəyə yaxşı hazırlaşıblar.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button