İsveç ərazisində NATO bazaları qurulacaq 

İsveç öz ərazisində NATO bazalarının yaradılmasına icazə verən sənəd qəbul edib.

Polise.az  xəbər verir ki, NATO-ya üzvlük üçün Türkiyə və Macarıstanın təsdiqini gözləyən İsveç höküməti Şimali Atlantika Alyansına üzv olmadan öz torpaqlarında müvəqqəti bazalar yaradacağını açıqlayıb.

İsveç baş naziri Ulf Kristersson və müdafiə naziri Pal Conson bu barədə ortaq məqalə ilə çıxış ediblər: “İsveç hökuməti ordunun gələcək birgə əməliyyatları təmin etmək üçün NATO və NATO-ya üzv dövlətlərlə birlikdə hazırlıq işləri aparmağa qərar verib. Bu qərar Rusiyaya açıq siqnal göndərir və İsveçin müdafiəsini gücləndirir”.

Məqalədə NATO qoşunlarının mövcudluğunun Baltik dənizindən gələ biləcək Rusiya təhdidlərinə qarşı çəkindirici rol oynayacağı qeyd edilib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button