Volodimir Zelenski Türkiyənin xarici işlər naziri ilə görüşüb

Ukrayna Prezidenti Volodimir Zelenski avqustun 25-də Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

Polise.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin feysbuk səhifəsində məlumat verilib.

Prezident Türkiyənin xarici işlər naziri ilə bir çox mühüm məsələləri müzakirə etdiyini bildirib.

“Sülh formulu, Qlobal Sülh Sammitinə hazırlıq, Rusiyanın Qara dəniz “taxıl dəhlizi”nə mane olması ilə bağlı riskləri müzakirə etdik”, – deyə V.Zelenski vurğulayıb.

Görüşdə V.Zelenski göstərdiyi daimi və ardıcıl dəstəyə görə Türkiyəyə təşəkkür edib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button