Qazaxıstanın səfiri Azərbaycan Milli Kitabxanasının qonağı olub

Avqustun 25-də Qazaxıstan Respublikasının ölkəmizdəki səfiri Alim Bayel Azərbaycan Milli Kitabxanasının qonağı olub.

Milli Kitabxanadan  Polise.az-a bildirilib ki, görüşdə Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən cari ilin sentyabr ayında keçiriləcək Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyi çərçivəsində “Xalqların qardaşlığı – ədəbiyyatların qardaşlığıdır” mövzusunda Qazax ədəbiyyatının görkəmli nümayəndəsi Kemel Tokayevin 100 illik yubileyinə və böyük ədib, ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunacaq dəyirmi masa və kitabların təqdimatı haqqında təfərrüatlar müzakirə olunub.

Milli Kitabxananın direktoru professor Kərim Tahirov kitabxanada fəaliyyət göstərən Beynəlxalq Əməkdaşlıq zalında Qazaxıstanın daimi guşəsi haqqında səfirə məlumat verib.

Səfir kitabxanada “Heydər Əliyev guşəsi”, “Tələbə gənclərə xidmət zalı”, “Uşaq şöbəsi və uşaq istirahət otağı”, “Nadir kitablar və kitabxana muzeyi” şöbəsi ilə tanış olub. O, Azərbaycan Milli Kitabxanası ilə tanışlıqdan məmnunluğunu ifadə edib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button