Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Logistika Forumu keçiriləcək
Bu il sentyabrın 13-14-də İstanbulda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin nümayəndələrinin iştirakı ilə Logistika Forumu keçiriləcək.
Polise.az xəbər verir ki, tədbirin məqsədi Orta və Cənub dəhlizləri vasitəsilə multimodal nəqliyyat marşrutlarının inkişafına xüsusi diqqət yetirməklə tərəfdaşlıq əlaqələrinin inkişafı və qlobal təchizat zəncirlərinin davamlılığına kömək etməkdir.
İştirakçılar investisiya imkanları və maliyyələşdirmə modelləri də daxil olmaqla infrastrukturun inkişafı, modernləşdirmə və potensialın artırılması strategiyalarını müzakirə edəcəklər.
Polise.az