Necla əl-Menquşu vəzifəsindən azad edildi

Liviyanın Liviya Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybe xarici işlər naziri Necla əl-Menquşu İsrailin xarici işlər naziri Eli Kohenlə görüşdüyünə görə vəzifəsindən azad edib.

Polise.az  “Əl-Əhram” nəşrinə istinadla xəbər verir ki, Liviya Milli Birlik Hökumətinin yaydığı 368 saylı fərmanda qeyd edilib ki, Liviyanın xarici işlər naziri Necla əl-Menquşun vəzifəsindən çıxarılması və barəsində araşdırma aparılması barədə qərar verilib.

Fərmana əsasən, əl-Menquşla bağlı araşdırmanı Liviyanın ədliyyə nazirinin sədrliyi ilə yaradılacaq komissiya həyata keçirəcək.

Digər tərəfdən, Liviya Xarici İşlər Nazirliyi Necla əl-Menquşun İtaliyanın paytaxtı Romada İsrail xarici işlər naziri Eli Kohen ilə görüşünün rəsmi olmadığını bildirib. Nazirlikdən verilən yazılı açıqlamada Liviya Xarici İşlər Nazirliyinin ərəb və islam ölkələrinin, xüsusilə Fələstin məsələsinin problemləri ilə bağlı milli tənzimləmələrə tam sadiqliyi bir daha təsdiqlənib.

Liviya Prezident Şurasının rəsmi sözçüsü Necva Vehibe qeyd edib ki, əl-Menquşun İsrailin xarici işlər naziri ilə görüşü Liviyanın xarici siyasət xətti ilə üst-üstə düşmür. O əlavə edib ki, görüşlə əlaqədar hökumətdən də bütün lazımi hüquqi sanksiyaların verilməsi və addımların atılması istənilib.

Qeyd edək ki, İsrail Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında “İsrail və Liviya xarici işlər nazirləri arasında tarixi görüş keçirildiyi” bildirilib. Açıqlamada qeyd olunub ki, XİN rəhbəri Kohenin liviyalı həmkarı əl-Menquş ilə keçən həftə İtaliyanın paytaxtı Romada keçirdiyi görüş “iki ölkə arasında əməkdaşlıq imkanlarını araşdırmaq” məqsədi daşıyıb.

Xatırladaq ki, Şimali Afrika ölkəsi Liviyanın İsrail ilə diplomatik əlaqələri yoxdur.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button