Qazaxıstanda terror aktları planlaşdıran radikal qrup zərərsizləşdirilib
Qazaxıstanda terror aktları planlaşdıran radikal qrup zərərsizləşdirilib.
Polise.az xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Prezident Kasım-Jomart Tokayevə hesabat təqdim edərkən bildirib.
Bildirilib ki, terror aktlarının hazırlanması ilə bağlı 7 ibtidai istintaq başlanıb və 3 ekstremist həbs edilib.
Həmçinin əlavə olunub ki, ölkənin vacib infrastruktur obyektlərinə xeyli sayda kiberhücumun qarşısı alınıb.
Polise.az