Şüvəlanda hərbi sursat aşkarlanıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsində hərbi sursatın aşkarlanması barədə məlumat daxil olub.
Nazirlikdən Polise.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkarlanmış sursatın döyüş tətbiqinə yararlı bir ədəd F-1 əl qumbarası olduğu müəyyənləşdirilib.
Xüsusi Riskli Xilasetmə Xidmətinin çevik qrupunun mütəxəssisləri sursatın zərərsizləşdirilməsi üçün ərazidən götürərək kənarlaşdırıblar.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkarlanmayıb.
Polise.az