Sosial şəbəkələrdə nalayiq ifadələr işlədən şəxs həbs edilib
Sosial şəbəkələrdə ayrı-ayrı şəxslərin ünvanına nalayiq ifadələr işlədən Rəşad İsmayılov barəsində Tərtər Rayon Polis Şöbəsinə müraciətlər daxil olub.
APA-nın xəbərinə görə, R.İsmayılov saxlanılaraq barəsində araşdırma aparılıb və toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə R.İsmayılov 15 sutka inzibati qaydada həbs olunub.
Məlumatı DİN Mətbuat Xidmətinin regional qrupundan APA-ya təsdiqləyiblər.