Hakan Fidan Putin-Ərdoğan görüşünün Soçidə keçiriləcəyini təsdiqləyib
Türkiyə xarici işlər naziri Hakan Fidan Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğanın Soçidə görüşəcəklərini təsdiqləyib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Fidan Lavrovla görüşün protokol hissəsində çıxışında prezidentlərin Soçidə görüşəcəklərini söyləyib.
Qeyd edək ki, Türkiyə mediası diplomatik mənbəyə istinadən Putin-Ərdoğan görüşünün sentyabrın 4-də Soçidə keçiriləcəyi barədə məlumat yayıb. Lakin Rusiya tərəfi, Kreml dövlət başçılarının görüşünün yaxın günlərdə keçirilməsinin planlaşdırıldığını açıqlasa da, danışıqların nə vaxt və harada baş tutacağını təsdiqləməyib.
Bildirib ki, bu gün Lavrovla görüş dövlət başçılarının Soçidə keçiriləcək görüşünə həm də hazırlıq məqsədi daşıyır.
Polise.az