Rusiya ilə ABŞ arasında casusluq qalmaqalı başlayıb

Rusiyanın Vladivostok şəhərində fəaliyyət göstərən ABŞ-ın Baş konsulluğunun keçmiş əməkdaşı Robert Şonov casusluqda ittiham edilərək Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən həbs edilib.

Polise.az  FTX-nin bəyanatına istinadla xəbər verir ki, R.Şonov Vladivostok şəhərində qanunsuz fəaliyyət göstərərək hərbi hissələrin yerləşdiyi yerlər barədə məlumat toplayıb xarici dövlətlərin xüsusi xidmət orqanlarına ötürüb. Bununla yanaşı, R.Şonov Rusiyada həyata keçirilən səfərbərlik haqqında da məlumatlar əldə edib.

Bəyanatda o da bildirilir ki, R.Şonov ABŞ-ın Rusiyadakı səfirliyinin Çefferi Silin və Devid Bernstayn adlı 2 əməkdaşı ilə əməkdaşlıq edib. Buna görə də hər iki diplomatın dindirilməsi lazımdır. Diplomatlar toxunulmazlıq statusuna malik olsalar da onlara FTX-yə gəlib ifadə vermək üçün çağırış göndərilib.

Qeyd edək ki, Ukrayna ərazisində gedən müharibə ilə əlaqədar olaraq ABŞ-Rusiya münasibətləri son dərəcə kəskin xarakter alıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button