Bakıdan göndərilən ərzaq yükü 4 gündür Ağdam-Xankəndi yolunda gözləyir
Avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməniəsilli sakinlər üçün göndərilən və içərisində 4 ton un olan iki yük maşını artıq dörd gündür Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir.
Polise.az –ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları, könüllülər ötən gün ərazidə qurulan çadırlarda gecələyiblər.
Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər. Hazırda yükün erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir.
Polise.az