Nigerdə Fransa əleyhinə aksiya keçirilib
Şənbə günü Nigerin paytaxt Niameydə Fransanın hərbi mövcudluğuna qarşı yeni etiraz aksiyası keçirilib.
Polise.az-ın məlumatına görə, bu barədə “Al Jazeera” xəbər yayıb.
Nümayiş Fransa hərbi bazası yaxınlığında yerli vaxtla saat 15:00-da başlayıb, Aksiyaya minlərlə insan qatılıb.
Telekanalın məlumatına görə, Nigerdə Fransa əleyhinə aksiyalar əvvəllər kifayət qədər sakit və mütəşəkkil olub. Bununla belə, şənbə günü fəallar təhlükəsizlik qüvvələrinin Fransa bazasında qurduğu maneələri söküb, ora yaxınlaşıb, bəziləri hətta onun ərazisinə daxil olmağa cəhd ediblər.
Niger hərbçiləri təxminən 1,5 min fransız əsgərin olduğu baza ətrafında təhlükəsizlik rejimini gücləndirib və onu pozmağın mümkün nəticələri barədə xəbərdarlıq edib.
Qeyd edək ki, hələ iyulun 26-da Niger Prezident Qvardiyasının döyüşçülərinin bir hissəsi dövlət başçısı Məhəmməd Bazuma qarşı çıxıb. Baş Qərargah üsyançılara dəstək verib. Ordu generalı Abdurahman Tçiani dövlətin yeni lideri elan edilib. ECOWAS, Avropa Birliyi, Fransa və ABŞ hərbi çevrilişi pisləyib və Bazumun azadlığa buraxılmasını və prezident vəzifəsinə bərpa olunmasını tələb ediblər.
Polise.az