Fransa ilə hərbi əməkdaşlıq dayandırıldı…
Fransa müdafiə naziri Sebastyan Lekornu ölkəsinin hakimiyyət çevrilişinin baş verdiyi Qabonla hərbi əməkdaşlığını dayandırdığını açıqlayıb.
Polise.az xəbər verir ki, nazir Fransa ilə hərbi əməkdaşlığı dayandıran Nigerdə də vəziyyətin onlar üçün ürəkaçan olmadığını deyib.
Niger və Qabonda durumun dəyişdiyini söyləyən Lekornu hərbçilərin legitim hakimiyyətləri devirdiklərini xatırladıb.
Nazir Nigerin devrilmiş prezidenti Məhəmməd Bazumla əlaqə saxladıqlarını da bildirib. Eyni zamanda, Lekornu hərbi xuntanın Nigerdəki 1500 fransız hərbçisinin ölkədən çıxması tələbini rədd etdiklərini açıqlayıb.
Polise.az