Türkiyəli iş adamları Ordubad rayonunun investisiya imkanları ilə tanış olublar

Naxçıvan Muxtar Respublikasına səfər edən türkiyəli iş adamları Ordubad rayonunun investisiya imkanları ilə tanış olublar.

Polise.az  xəbər verir ki, Ordubad Rayon İcra Hakimiyyətində keçirilən görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rəcəb Rəhimli ölkəmizin iqtisadiyyatının şaxələndirmə, innovasiya və transformasiyaya sadiqliyinin xarici investorlar üçün əlverişli mühit təmin etdiyini bildirib. Qeyd olunub ki, bu baxımdan mühüm strateji mövqedə yerləşən muxtar respublikanın dilbər guşəsi olan Ordubad türkiyəli sərmayədarları cəlb edə biləcək geniş imkanlara malikdir.

Qeyd olunub ki, Zəngəzur dəhlizi açıldıqdan sonra iki ölkə arasında nəqliyyat, iqtisadi-ticarət əlaqələri daha da inkişaf edəcək. Potensial biznes imkanlarının inkişaf etdirilməsi türkiyəli iş adamları ilə əlaqələri daha da gücləndirəcək, bölgədə investorların cəlb edilməsi ilə yeni sosial-iqtisadi imkanlar yaranacaq.

Türkiyə iş adamlarından ibarət heyətin rəhbəri, “İDEA COSULTANCY”in təmsilçisi Ercan Dəmirçi yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Qeyd edib ki, belə görüşlərin və təqdimatların keçirilməsi Ordubad rayonuna gələcəkdə sərmayə qoyulmasına, təbii və antropogen resurslarından istifadə olunmasına böyük töhfə verəcək.

Görüşdən sonra iş adamları Ordubad şəhərinin tarixi məkanlarını ziyarət edib, Zəngəzur dəhlizindən rayon ərazisinə daxil olan yollara baxış keçirib.

Sonra Dırnıs kəndində türk şəhidi Həsəni Bəşir Türk oğlunun xatirəsinə ucaldılmış memorial abidə ziyarət olunub.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button