Azərbaycan-Macarıstan münasibətlərinin inkişaf istiqamətləri müzakirə edilib

Macarıstanın Baş naziri Viktor Orban bu ölkədə səfərdə olan iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib.

İqtisadiyyat Nazirliyindən Polise.az -a bildirilib ki, qəbulda Macarıstanla aparılan müzakirələrin vacibliyi vurğulanıb, əldə edilən razılaşmaların uğurla həyata keçirilməsindən məmnunluq ifadə olunub, Azərbaycan-Macarıstan münasibətlərinin inkişaf dinamikası, iqtisadi əməkdaşlığın perspektivləri və birgə layihələr üzrə tərəfdaşlığın səmərəli nəticələri barədə fikir mübadiləsi aparılıb.

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto və iqtisadi inkişaf naziri Marton Nadın da iştirak etdiyi görüşdə Viktor Orban ölkəsinin enerji təhlükəsizliyi baxımından Azərbaycanla əməkdaşlığının əhəmiyyətinə toxunub, həmçinin bir sıra Macarıstan şirkətlərinin fəaliyyətinin Azərbaycanda uğurla genişləndiyini, digər macar şirkətlərinin də Azərbaycanda investisiya planlarının gündəlikdə olduğunu vurğulayıb.

Qeyd edilib ki, tərəfdaşlığın genişlənməsi qarşılıqlı marağın göstəricisidir ki, Azərbaycan-Macarıstan ticarət dövriyyəsi artır, faydalı investisiya əməkdaşlığı həyata keçirilir. Bildirilib ki, energetika, sənaye, nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, ticarət, təhsil və s. sahələrdə əlaqələrin gücləndirilməsi üçün imkanlar böyükdür və hər iki ölkə bu potensialın reallaşdırılması üçün zəruri tədbirlər görür.

Səfər çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.

Tərəflər Azərbaycan-Macarıstan əlaqələrinin strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığını, hər iki ölkə rəhbərliyinin əməkdaşlığın inkişafına, mövcud potensialdan səmərəli istifadəyə xüsusi önəm verdiklərini vurğulayıblar.

Görüşdə Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonasının imkanları barədə də məlumat verilib, Macarıstan şirkətləri ölkəmizin əlverişli biznes mühitindən, tranzit potensialından yararlanmağa dəvət edilib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button