“Rusiya ilə toqquşa bilərik” – Daha bir ölkə savaşa hazırlaşır
“Qara dənizdə NATO ölkələri ilə Rusiya arasında birbaşa toqquşma ola bilər”.
Teleqraf.com xəbər verir ki, bunu Bolqarıstan müdafiə naziri Todor Taqarev deyib.
Nazirin sözlərinə görə, Moskva Bolqarıstanın Qara dənizdəki iqtisadi zonasında maneələr yaradır.
Taqarev Rusiya hakimiyyətini təxribatlarda ittiham edib. O, iqtisadi zonalarda əlavə təhlükəsizlik tədbirlərinin BMT Nizamnaməsinə və beynəlxalq hüquqa uyğun olaraq yalnız NATO-nun fəaliyyəti ilə təmin oluna biləcəyini vurğulayıb.
“Bolqarıstan bu təxribatlara cavabı həm müstəqil, həm də NATO müttəfiqlərimizlə müzakirə edir”, – müdafiə naziri bildirib.
Taqarev əlavə edib ki, rəsmi Sofiya Rusiyanın Ukrayna limanlarından Bolqarıstan sularına keçən yük gəmilərinə mümkün hücumuna qarşı ssenari hazırlamayıb. Nazir hesab edir ki, hələlik belə risklər yoxdur.
“Bu sular hər bir sahilyanı dövlətin suverenliyi altındadır və dövlət ərazisinin bir hissəsidir. Dənizdə ərazi sularına hücum Bolqarıstana və bütövlükdə NATO-ya hücum kimi qiymətləndirilə bilər”, – Taqarev vurğulayıb.
Polise.az