Şərqşünaslıq İnstitutunda Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilən beynəlxalq elmi konfrans keçiriləcək
Oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin qurulmasının 100 ili tamam olur. Bu əlamətdar yubiley təkcə qardaş Türkiyə üçün deyil, bütün Türk dünyası üçün qürur mənbəyi olan bir tarixdir. Bu əlamətdar tarixlə bağlı il ərzində bir sıra tədbirlər həyata keçirən AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu sentyabrın 20-21-də “Müsəlman Şərqinin çoxəsrlik tarixində dönüş nöqtəsi – Türkiyə Cümhuriyyəti” mövzusunda beynəlxalq elmi konfrans keçirəcək.
İnstitutdan Polise.az -a bildirilib ki, konfransda Türkiyə tarixi, ədəbiyyatı, iqtisadiyyatı, siyasi və ictimai həyatı, Türkiyə – Azərbaycan əlaqələri və Türkiyə – Türk dövlətləri münasibətlərinə dair elmi mövzuları əhatə edən məruzələr səslənidiriləcək. Konfransa Azərbaycandan 54, xaricdən (Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Ukrayna, Belarus) 13 iştirakçı qatılacaq.
Polise.