Azərbaycan Bayrağına ehtirama görə Türkiyənin polis məmuru mükafatlandırılıb
Sentyabrın 8-də “AVRO-2024” Avropa çempionatının Türkiyə-Ermənistan matçında stadiona gələn azarkeşlərin yoxlanışında Azərbaycan Bayrağına göstərdiyi ehtirama görə Türkiyə Daxili İşlər Nazirliyinin Düzcə Emniyet Müdirliyinin polis məmuru Ramazan Şahin təltif edilib.
Nazirliyin mətbuat xidmətindən Polise.az -a bildirilib ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Azərbaycan-Türkiyə dövlətləri arasında qardaşlıq və dostluğun rəmzi olaraq R.Şahinin “Beynəlxalq Əməkdaşlığa Görə” döş nişanı ilə təltif edilməsi haqqında əmr imzalayıb.
DİN əməkdaşları Türkiyəyə gedərək təltif medalını və xatirə hədiyyələrini emniyet müdiri İbrahim Ergüdərin iştirakı ilə R.Şahinə təqdim ediblər.
Polise.az