DİN: Axtarışda olan 191 nəfər saxlanılıb
Sentyabrın 15-də ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Polise.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 191, o cümlədən borclu şəxs qismində axtarışda olan 160 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.
Polise.az