Prezident İlham Əliyev: Qarabağ Azərbaycan ərazisidir və bunu bütün dünya tanıyır
Qarabağ Azərbaycan ərazisidir və bunu bütün dünya tanıyır, o cümlədən Ermənistan rəhbərliyi artıq bunu başa düşüb.
Polise.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev xalqa müraciətində səsləndirib.
“Əgər vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyirdisə, indi “Qarabağ Azərbaycandır” deyir və nəinki deyir, hətta bizim ərazimizin ölçülərini də dilə gətirməyi unutmur. Düzdür, öz xoşu ilə bunu etməyib, “dəmir yumruq” hesabına bunu etməyə məcbur olub. Amma fakt göz qabağındadır. Ermənistan Qarabağı Azərbaycanın ayrılmaz hissəsi tanıyandan sonra Qarabağda 30 il at oynadan kriminal rejimin hansı status ola bilər? Hansı dövlət atributları ola bilər? Hansı seçkilər ola bilər?”, – deyə dövlətimizin başçısı vurğulayıb.
Polise.az