ABŞ senatının nümayəndə heyəti gələn həftə Çinə səfər edəcək
ABŞ senatorlarından ibarət nümayəndə heyəti gələn həftə Çinə səfər edəcək.
Polise.az qazeta.ru saytına istinadla xəbər verir ki, səfər çərçivəsində onların Çin lideri Si Cinpinlə görüşü nəzərdə tutulur.
Nümayəndə heyətinə hər iki partiyanın – Demokrat və Respublikaçıların nümayəndələri daxil olacaq. ABŞ Senatındakı demokrat çoxluğun lideri Çak Şumerin də Çinə gedəcəyi gözlənilir.
Parlamentarilərin Çin lideri ilə danışıqlarının əsas müzakirə mövzularından biri “Micron Technology”nin fəaliyyəti olacaq.
Onlar həmçinin Şanxayda Amerika işgüzar dairələrinin nümayəndələri ilə görüşməyi və onlarla Amerika şirkətləri üçün Çindəki investisiya mühiti ilə bağlı narahatlıqları müzakirə etməyi planlaşdırırlar.
Qeyd edilir ki, Si Cinpinin xarici qanunvericilərlə görüşü rəsmən təsdiqlənməyib.
Polise.az