Macarıstan İsveçin NATO-ya qəbulunu təsdiqləmək üçün şərtlərini açıqlayıb

Macarıstan parlamenti İsveç siyasətçiləri iki ölkə arasında ciddi şəkildə zədələnmiş münasibətlərdə etimadı bərpa edə bilsələr, İsveçin NATO-ya daxil olması haqqında sazişi ratifikasiya edəcək.

Polise.az  xəbər verir ki, bunu Monteneqronun Budva şəhərində keçirilən beynəlxalq təhlükəsizlik konfransında çıxış edən Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

Xarici işlər naziri xatırladıb ki, bir tərəfdən İsveç macar deputatlarını Şimali Atlantika Alyansına qoşulmasını təsdiqləməyə çağırır, digər tərəfdən isə onlara qarşı demokratiya və qanunun aliliyi prinsiplərini pozduqlarına görə haqsız iddialarla çıxış edir. Eyni zamanda o, əmin olduğunu bildirib ki, əgər İsveç siyasətçiləri “ikitərəfli münasibətləri qarşılıqlı hörmət yoluna qaytarmağa” hazır olduqlarını göstərsələr, Macarıstan parlamenti ratifikasiyanı sürətləndirə biləcək.

Qeyd edək ki, İsveçin NATO-ya daxil olması ilə bağlı saziş ötən ilin yayında Macarıstan hökuməti tərəfindən ratifikasiya üçün parlamentə təqdim edilib, lakin bu məsələ ilə bağlı səsvermənin vaxtı müəyyən olunmayıb. Sentyabrın 21-də deputatların yay tətilindən qayıtması ərəfəsində hakim Macarıstanın Vətəndaş Birliyi partiyasının parlament fraksiyasının lideri Mate Koçiş bildirib ki, payızda bu sənədin ratifikasiyası şansı çox azdır.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button