“Polisə Dəstək” İctimai Birliyi Ağcabədi filialında növbəti tədbirini keçirib
“Polisə Dəstək” İctimai Birliyi QHT Agentliyinin maliyyə yardımı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi şəhər filialında “İnsan Alverinə qarşı mübarizə və ictimai təşəbbüslər” mövzusunda geniş maarifləndirmə tədbiri keçirmişdir.
Tədbiri ADPU-nun Ağcabədi filialının direktor müavini, iqdisad üzrə fəlsəfə doktoru Mobil Məcidov açmış, “İnsan alveri” – cinayətlərinin Transmilli Mütəşəkkil cinayətkarlığın ağır növü kimi ictimai münasibətlərə zidd, zərərli nəticələri barədə iştirakcılara qısa məlumat verdikdən sonra sözü layihənin rəhbəri, “Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsədiin Əliyevə vermişdir. Ş.Əliyev İnsan Alveri cinayətlərinin insan hüquq və azadlıqlarına, şəxsin iradə azadlığına qarşı törədilən mürəkkəb sosial hadisələr barədə danışmış, bu cinayətlərin meydana gəlməsinə zəmin yaradan səbəblərlə yanaşı, məişət zorakılıqları və ictimai mənəviyyata zidd hallar ətrafında iştirakçılara məlumat vermişdir.
Sonra Layihənin ekspert – hüquqşunası Aydın Kərimov insan –alveri cinayətlərinə qarşı mübarizədə cəmiyyətin iştirakı və bu cinayətlərin bəşəri dəyərlərə vurduğu zərərin nəticələri barədə danışmışdır.
Ağcabədi şəhər Polis şöbəsinin Rəisin şəxsi heyətlə işlər üzrə köməkcisi polis polkovnik-leytenantı Vüsal Mirzəzadə insan alveri cinayətlərinin profilaktikası məqsədilə gənclər arasında geniş maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin zəruriliyini diqqətə çatdırmışdır.
Maraqla davam edən tədbirdə pedaqoji və tələbə heyətinə “İnsan Alveri…” kitabçaları paylanılmışdır.
Tədbirin sonunda verilən suallar mahiyyəti üzrə cavablandırılmışdır.