Şamaxı və Göyçay sakinləri qanunsuz saxladıqları odlu silahları polisə təhvil veriblər

Şamaxı və Göyçay rayonlarının sakinləri qanunsuz saxladıqları odlu silahları polisə təhvil veriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan  Polise.az -a verilən məlumata görə, Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktiki tədbirlər nəticəsində rayon sakinləri ümumilikdə 7 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində bir nəfərdən müvafiq sənədləri olmayan tüfəng götürülüb, bir nəfər rayon sakini isə qanunsuz saxladığı odlu silahı könüllü olaraq polisə təhvil verib.

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı isə mülki silahın saxlanılması qaydalarını pozan iki rayon sakini müəyyən edilib və onlar inzibati məsuliyyətə cəlb olunublar.

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkar edilərək götürülməsi, könüllü təhvil verilməsi və qanunsuz ov hallarının qarşısının alınması məqsədilə profilaktiki tədbirlər davam etdirilir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button