Özbəkistan Baş nazirinin müavini: Qoşulmama Hərəkatının Bakı konfransı üzv ölkələrin daha da yaxınlaşmasına töhfə verəcək
Qadınların hüquqlarının qorunması, gender bərabərliyinin təmin edilməsi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən biridir. Düşünürəm ki, Azərbaycanın ev sahibliyi etdiyi bu konfrans Qoşulmama Hərəkatına üzv ölkələrin bir-birinə daha da yaxınaşmasına, həmçinin qadınların səlahiyyətləndirilməsinə öz töhfəsini verəcək.
Polise.az xəbər verir ki, bu fikirləri Özbəkistan Respublikasının Baş nazirinin müavini Zulayho Mahkamova Qoşulmama Hərəkatının ailə, qadın komitələrinin noyabrın 20-də Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda konfransında səsləndirib.
Azərbaycanın Qoşulmama Hərəkatına uğurla ev sahibliyindən, təsisatın işində təşəbbüslərindən söhbət açan Baş nazirin müavini bildirib ki, Özbəkistanda 40 minə yaxın azərbaycanlı yaşayır.
Qadınların ictimaiyyətdə rolunu qeyd edən Zulayho Mahkamova dünyada gender bərabərliyinin təmin edilməsinin mühüm məsələlərdən olduğunu diqqətə çatdırıb.
O bildirib ki, ölkəsində qadınların hüquqlarının qorunması istiqamətində 100-dək qanun qəbul edilib. Məişət zorakılığı, qadınların cinsi istismardan qorunması məqsədilə qanunvericilik aktları qəbul edilib.
polise.az