Bahar Muradova: Azərbaycan COVID 19-la mübarizədə qlobal səylərin birləşdirilməsində mühüm rol oynayıb

Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etməyə başladığı vaxtdan onun institusional inkişafına təkan verən ideya və təşəbbüslərlə çıxış edib. Prezident İlham Əliyevin liderliyi ilə Hərəkat öz fəaliyyətinin yeni mərhələsinə qədəm qoyub. Ölkəmiz COVID 19-la mübarizədə qlobal səylərin birləşddirilməsində mühüm rol oynayıb.

Polise.az  xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda beynəlxalq konfransında səsləndirib.

Bahar Muradova konfransın da Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun cari ilin iyulunda nazirlər səviyyəsində keçirilmiş iclasında Prezident İlham Əliyev elan etdiyi təşəbbüs çərçivəsində keçirildiyini vurğulayıb. O, bu konfransın üzv ölkələrdə qadınların və qızların hüquqların qorunması, ən yaxşı təcrübələrin öyrənilməsi, beynəlxalq arenada ortaq maraqların qorunması istiqamətində əhəmiyyətini qeyd edərək deyib: “Dünyada hələ də neokolonializm siyasəti yürüdən ölkələr var. Özlərini beynəlxalq hüququn müdafiəçisi qismində təqdim edən həmin ölkələrə qarşı qadın və uşaqların hüquqlarının qorunması istiqamətində birgə çalışa bilərik”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button