Ərdoğan: Bəzi qərb qüvvələri Qarabağ müharibəsi ilə bölgədə artıq yeni bir dövrün başladığını hələ də dərk edə bilmir

Qafqazda yeni oyunların arxasından gedənləri görürük. Bəzi qərb qüvvələri Qarabağ müharibəsi ilə bölgədə artıq yeni bir dövrün başladığını hələ də dərk edə bilmir. İllərlə Ermənistanı təxribata çəkərək bu coğrafiyada yaşayan bütün insanların əziyyətləri, çətinlikləri və qarşıdurmaları üzərindən özlərinə xeyir güdənlər əslində ən böyük zərəri ermənilərə verdilər. Həyata keçirilməsi mümkün olmayan xam xəyalları ortaya ataraq erməniləri istismar və istifadə edərək, etibarsızlığa məhkum etdilər. Bu həqiqətləri artıq Ermənistanın da görməsi və qəbul etməsi zəruridir.

Polise.az  xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin hökumət toplantısından sonra bildirib.

Ərdoğan deyib: “Erməni xalqı və rəhbərləri təhlükəsizliyi minlərlə kilometr uzaqda deyil, qonşuları ilə sülhdə və əməkdaşlıqda axtarmaları daha doğru olacaq. Qərb ölkələri tərəfindən göndərilən heç bir silah-sursat qalıcı sülh mühitinin gətirəcəyi dincliyin yerini tuta bilməz. Ermənilərin 30 il sonra ortaya çıxan sülh fürsətini yenə fərqli xəyallar quraraq boş yerə istifadə etməmələri ən böyük arzumuzdur. Buradan bir daha Ermənistana Azərbaycanlı qardaşlarımızın uzatdığı sülh əlini tutmağa çağırırıq. Türkiyə olaraq bizim də Azərbaycanla əməkdaşlıq içində prosesin uğuru üçün lazımi addımları atmağa hazır olduğumuzu bir daha ifadə edirəm”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button