Şirvanda bir gün ərzində qanunsuz saxlanılan 19 ədəd ov silahı polis əməkdaşlarına təhvil verilib
Qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi istiqamətində Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Polise.az -a verilən məlumata görə, şəhər sakinləri arasında aparılan profilaktiki tədbirlərin nəticəsi olaraq ötən gün ərzində 19 sakin müvafiq sənədləri olmadan saxladıqları ov tüfənglərini könüllü olaraq polis əməkdaşlarına təhvil veriblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Polise.az