İsrail-Fələstin məsələsinin həlli ilə bağlı yaradılan təmas qrupu Londona və Parisə səfər edib

İsrail-Fələstin cəbhəsində humanitar atəşkəslə bağlı əldə edilən razılığın ardından Türkiyənin xarici işlər naziri Hakan Fidan münaqişənin tamamilə dayandırılması və daimi sülhün təmin edilməsi istiqamətində diplomatik səylərini sürətləndirib.

Polise.az  xəbər verir ki, bu barədə Türkiyənin diplomatik qaynaqlarından məlumat əldə edilib.

Bildirilib ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanın da daxil olduğu, İsrail-Fələstin məsələsi ilə bağlı noyabrın 11-də yaradılan təmas qrupu London və Parisə səfər edib.

Qrup üzvləri Londonda Böyük Britaniyanın Baş naziri Devid Kemeron, Parisdə isə Fransa Prezidenti Emmanuel Makron və bu ölkənin Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə görüşüblər.

Görüşlərdə İsrail-Fələstin cəbhəsində ən qısa zamanda tam və qalıcı atəşkəsin əldə edilməsinin vacibliyi qeyd olunub.

Bildirilib ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzvləri, eləcə də beynəlxalq ictimaiyyətin təsirli və təcili tədbirlər görməsi İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqası ölkələri üçün prioritet məsələdir. Bölgəyə humanitar yardımın çatdırılması üçün dərhal təhlükəsiz keçidlərin yaradılması, qalıcı sülhün təmini istiqamətində birgə fəaliyyətin zəruriliyi vurğulanıb.

Xatırladaq ki, təmas qrupuna Türkiyə, Səudiyyə Ərəbistanı, Misir, İndoneziya, Qətər, İordaniya, Fələstin nümayəndələri və Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbul Qeyt daxildir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button