Böyük Britaniyanın xarici işlər naziri Yaxın Şərqə səfər edib

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron noyabrın 23-də Yaxın Şərqə səfər edib. O, İsrail və Fələstin liderləri ilə görüşlər keçirəcək.

Polise.az  xəbər verir ki, Sky News telekanalı bu barədə Birləşmiş Krallığın xarici siyasət idarəsinə istinadla məlumat yayıb.

Məlumata görə, Devid Kemeron səhər saatlarında İsrailə gəlib və yəhudi dövlətinin xarici işlər naziri Eli Koenlə birgə Qəzza sektoru ilə sərhəd yaxınlığında yerləşən Beeri yaşayış məntəqəsinə gedib.

Qeyd edək ki, Böyük Britaniyanın xarici işlər naziri bundan öncə Londonda müsəlman ölkələrindən o cümlədən Türkiyə, Misir, İndoneziya, İordaniya, Nigeriya, Fələstin və Səudiyyə Ərəbistanından olan həmkarları, həmçinin Ərəb Ölkələri Liqasının Baş katibi və Qətər səfiri ilə görüşüb. Devid Kemeron İsraili və HƏMAS-ı girovların azad edilməsinə dair razılaşmanın şərtlərinə əməl etməyə çağırıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button