Qanunsuz saxlanılan avtomat, tapança və tüfənglər polisə təhvil verilib

Noyabrın 22-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat, 1 ədəd tapança, 2 patron darağı, 23 ədəd avtomat sandığı, 520 ədəd müxtəlif çaplı patron və 21 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.

Bu barədə  Polise.az -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 7 ov tüfəngi aşkarlanaraq götürülüb.

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam etdirilir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button